Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Demokratiya və siyasi plüralizmə arxalanan hakimiyyətin qələbəsi

0

  •          Yeni Azərbaycan Partiyası yarandığı gündən millətin, dövlətçiliyin, Vətənin ərazi bütövlüyünün təmin edilməsini öz qarşısına başlıca məqsəd qoymuşdur. Belə ki, partiyanın qurucusu və memarı Ulu Öndər Heydər Əliyev Naxçıvanın ağır günlərində erməni işğalçılarına qarşı xalqın sıx birliyi və  torpaqların müdafiəsini təşkil etdi. Azərbaycanda o vaxtkı hakimiyyətdə olan qüvvələrin Sovet İttifaqının saxlanması üçün keçirdiyi referendumu Heydər Əliyev Naxçıvan ərazisində ümumiyyətlə rədd etdi. Çünki 90-cı ilin 20 yanvar hadisələrindən sonra bu referendum siyasi savadsızlıqdan başqa bir şey deyildi. Naxçıvanın ağır günlərində mətinliklə düşmənə qarşı sinə gərməyi təçkil edən Heydər Əliyev 1993-cü ilin iyununda AXC-Müsavat cütlüyünün Azərbaycanda hakimiyyət böhranı yaratdığını və vətəndaş müharibəsinin qaçılmaz olduğunu gördü. Azərbaycan xalqının təkidli tələbi ilə Ulu Öndər Naxçıvandan Bakıya dəvət olundu. Xalq öz xilaskarını yüksək coşqu ilə qarşıladı. Hal-hazırda bünövrəsi Heydər Əliyev tərəfindən qoyulan YAP-sədri, Azərbaycan Respublikasının Ali Baş Komandanı Cənab İlham Əliyevin Qarabaq zəfərindən sonra respublikada fəaliyyət göstərən daha 10 siyasi partiya YAP-ın ətrafında sıx birləşərək dəmir yumruğun daha da güclü olmasına nail oldu. Bütün bunlar hamısı Cənab Prezident İlham Əliyevin düzgün daxili və xarici siyasətinin, uğurlu iqtisadi yüksəlişin təşkilini, güclü ordu quruculuğunun nəticəsidir. Millət adından danışıb, millət və dövlətçiliyə badalaq vurmaq istəyən AXC-Musavat cütlüyünün artıq deyiləsi şər-böhtan da tükənmişdir. Yaşasın xalq-iqtidar birliyi.Aydın Həsənov,Xocalı şəhər 1 saylı tam orta məktəbin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib39 dəfə
    Demokratiya siyasi plüralizmə arxalanan hakimiyyətin qələbəsi

    Maraqlı gələ bilər
    45
    61
    42